reklam


loading...

Qarından xilas olmağın 9 yolu

5 ay önce Admin tərəfindən dərc edildi Oxunudu: 109
Bütün kişilər kimi siz də qadınların sevimlisinə çevrilmək istəyirsinizsə, ilk növbədə bilməlisiniz ki, xanımlar dolu və qarınlı kişiləri bəyənmir. Belə olmağımız bizə pis görüntü verməklə yanaşı bizim sağlam qidalanmadığımıza işarədir.

Təəssüf ki, “yekə qarın”dan xilas olmaq üçün davamlı olaraq idman etmək kifayət etmir. Eyni zamanda yemək vərdişlərimizi də dəyişməliyik.

Spirtli içkilərdən uzaq durun
Davamlı olaraq spritli içki qəbul etmək iştahanızı artırır və beyninizdəki doyma hissini aldadır. Bundan başqa alkoqol qana qarışdığı zaman qanda şəkərin miqdarı yüksəlir.

Sərinləşdirici içkilərdən vaz keçməlisiniz
Bunu hər zaman eşitsək də, lakin buna əməl etmək çox çətin görünür, amma qarın bölgəsində yığılan yağlardan həqiqətən qurtulmaq istəyirsinizsə, mütləq sərinləşdirici içki qəbulunu minimuma endirməlisiniz. Hər nə qədər az kalorili olsa da, maddələr mübadiləsini yavaşladır və vücudunuzun yağlanmasına səbəb olur.

Saqqız çeynəməyin
Saqqız çeynəyəndə beyniniz və qarnınız yemək üçün hazır vəziyyətə gəlir və beyinə siqnallar ötürür. Siqnallar mədə turşusunun həddindən artıq istehsalına təsir edir və buna görə də özümüzü ac hiss edirik.

Duzdan az istifadə etməyə başlayın
Unutmayın: Xüsusilə yüksək təzyiqiniz varsa, şəkər və duzdan az istifadə etməlisiniz.

Ayaqüstü yeməklərə “əlvida” deyin
Ayaqüstü yeməklərin (dönər, pizza, sendviç, hamburger və. s.) müxtəlif növ xəstəliklərə səbəb olduğunu bilməyən yoxdur. Tərkibində olan qidalar ayrı-ayrılıqda zərərsiz olsa da, lakin birlikdə yeyiləndə necə deyərlər, “bomba” effekti yaradır.

Mayonezdən əlinizi üzün
Mayonez və tərkibində mayonez olan sousları xoşlayırsınızsa, bunun ən az 80 faiz yağa bərabər olduğunu bilməlisiniz. Təklif edirik ki, yeməyinizə mayonezin yerinə təbii tərəvəz püresi və ya tomat pastası əlavə edin.

Kartof qızartmasına “yox” deyin!
Adı gələndə belə adam xəyalında canlandırıb elə o saat yemək istəsə də, sağlamlığınız üçün bunu etməlisiniz. Qızarmış kartoflar, digər qızarmış yeməklər kimi doymuş yağ suyu canına çəkən süngər kimidir. İnanın ya da inanmayın, amma doymuş yağ beyin işləməsinə təsir edir və bu vaxt nə qədər yediyinizi özünüz belə hiss edə bilmirsiniz. Nəticə olaraq, fərqində olmadan 5 kq kartof yeyə bilərsiniz.

Bundan sonra dondurma yeməyə son…
Birdəfəlik bunu bilməlisiniz ki, tərkibi şəkərlə zəngin olan qidalar vücudunuzdakı ən ziyanlı yağ olan qarın nahiyəsindəki yağa çevrilir.

Köpə səbəb olan qidaları həyatınızdan çıxarın
Ən zərif insanlar belə köpə səbəb olan qidalar qəbul etdikdə kök xarici görünüşünə sahib ola bilərlər. Əgər bu sizin üçün problemdirsə, sadəcə köp yaradan qidalardan uzaq dursanız belə 3-4 kq arıqlamış kimi görünəcəksiniz və həzminizi sürətləndirən idman hərəkətlərini və gəzintini də günlük rejiminizə əlavə edib tam istədiyiniz görünüşə sahib ola bilərsiniz.

kishi.az

Rəylərinizi bildirin 🙂
Etiketler :
Həyat yoldaşı hamilə olan kişilər üçün 6 təklif
Bəylər, siz də həyatınızda sahib ola biləcəyiniz ən gözəl möcüzələrdən birinə yoldaşınızla birlikdə şahidlik edəcəksiniz. Qarşını...
Prostatın sağlamlığı üçün vacib olan 5 əsas faktor
Prostat vəzi kişilərin ən vacib orqanlarından biridir. 40 yaşından sonra kişiləri incitməyə başlamasının səbəbi prostat vəzində böyümənin baş verməsi...
Yetkin kişini tanıdan 6 davranış
Yetkin kişi xarici görünüşünüzü tənqid etməz «Saçlarını niyə boyamısan?», «Kaş, bir az arıq olardın». Sizi həqiqətən də sevə...