reklam
loading...


Kişilər başqa qadınlara niyə baxır?

8 ay önce Admin tərəfindən dərc edildi Oxunudu: 145
Şotlandiyadakı Stirling Universitetində aparılan araşdırmaya görə, kişilərin gözəl qadınlara baxma meyli təkamüldən qaynaqlanır.

“Daily Telegraph” qəzetinin yayımladığı araşdırmada qadınların əvvəlcədən tanıdıqları kişiləri, kişilərinsə ilk dəfə gördükləri qadınları daha cazibədar hesab etdikləri məlum olub. Bunun da ulu babalarımızın mümkün olduqca çox qadınla yataraq nəsil artırma istəyindən qaynaqlana biləcəyi vurğulanır. Qadınlarınsa uşaqlara baxa bilmə və etibarlı ər axtarma səbəbi ilə tanıdıqları kişilərə üstünlük verdikləri deyilir.

Araşdırmada kişi və qadın könüllülərə müxtəlif üzlər göstərilib və nə dərəcədə cazibədar hesab etdikləri soruşulub. Sonra isə əvvəldə göstərilən şəkillərə yeni şəkillər əlavə olunaraq bir daha qiymətləndirmələri istənib. Kişi könüllülər sonradan əlavə olunan qadın üzlərini birinci verilənlərə nisbətən daha cəlbedici sayıblar.

Araşdırmada həmçinin könüllülərdən şəkildə gördükləri üzlərin həyat yoldaşlarının üzlərinə nə qədər bənzədikləri soruşulub. Kişilər arvadlarına ən az oxşayan üzləri ən cazibədar üzlər kimi qiymətləndiriblər.

Rəylərinizi bildirin 🙂
Etiketler :
Həyat yoldaşı hamilə olan kişilər üçün 6 təklif
Bəylər, siz də həyatınızda sahib ola biləcəyiniz ən gözəl möcüzələrdən birinə yoldaşınızla birlikdə şahidlik edəcəksiniz. Qarşını...
Prostatın sağlamlığı üçün vacib olan 5 əsas faktor
Prostat vəzi kişilərin ən vacib orqanlarından biridir. 40 yaşından sonra kişiləri incitməyə başlamasının səbəbi prostat vəzində böyümənin baş verməsi...
Yetkin kişini tanıdan 6 davranış
Yetkin kişi xarici görünüşünüzü tənqid etməz «Saçlarını niyə boyamısan?», «Kaş, bir az arıq olardın». Sizi həqiqətən də sevə...